Azərbaycanın Bolqarıstandakı səfiri bu ölkənin əmək və sosial siyasəti naziri ilə görüşüb

Azərbaycanın Bolqarıstandakı səfiri bu ölkənin əmək və sosial siyasəti naziri ilə görüşüb
# 23 yanvar 2014 11:53 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov bu ölkənin əmək və sosial siyasəti naziri Həsən Adəmovla görüşüb. Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan əlaqələr, əmək və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. İki ölkə arasında əmək və sosial müdafiə sahəsində imzalanan Memorandum çərçivəsində görülən işlərdən də söhbət açılıb.

Görüşdə səfir və nazir hər iki ölkədə çalışan vətəndaşların əmək hüquqlarının qorunması ilə bağlı sənədin imzalanmasının və qarşılıqlı səfərlərin təşkil edilməsinin zərurətini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR