Barrozu: “Azərbaycanla əməkdaşlığımız təkcə enerji deyil, bir çox digər sahələri də əhatə edir” - VİDEO

Barrozu: “Azərbaycanla əməkdaşlığımız təkcə enerji deyil, bir çox digər sahələri də əhatə edir” - <span style="color: red;">VİDEO
# 14 iyun 2014 13:09 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Prezident İlham Əliyevlə çox uğurlu görüş keçirdik, vacib qərarlar qəbul etdik. Onlardan biri Avropa Birliyi və Azərbaycan arasında yeni sazişin yekunlaşması prosesini tezləşdirməkdir. Bu, “Strateji müasirləşdirmə tərəfdaşlığı” barədə razılaşmadır”.

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzu deyib.

O, bunun Azərbaycan və Avropa Birliyi (AB) üçün çox mühüm saziş olduğunu bildirib: “Biz artıq enerji sahəsində vacib əməkdaşlıq edirik, üç il əvvəl prezident İlham Əliyevlə birgə Cənub Qaz Dəhlizi layihəsi üzrə işə başlamışıq. Bu, yalnız siyasi deyil, enerji təhlükəsizliyi baxımından da çox vacib layihədir. Biz, həmçinin bu gün şahidi oluruq ki, bütün Avropa proqramları Azərbaycan üçün açıqdır, bu isə öz növbəsində əldə edilmiş razılaşmaların nəticəsidir. Təhsil, səhiyyə və digər sahələrdə layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.

Barrozu qeyd edib ki, Azərbaycanla AB arasında birgə işlənilə biləcək çox sahə var: “Avropa Birliyi Azərbaycanın ən böyük ticarət tərəfdaşlarındandır, Azərbaycanın ticarət dövriyyəsinin 42 faizi Avropa Birliyinin üzərinə düşür. Azərbaycanla əməkdaşlığımız təkcə enerji deyil, bir çox digər sahəni də əhatə edir”.

Onun sözlərinə görə, Azərbaycan həm də qlobal siyasi dialoqda çox konstruktiv rol oynayır: “Azərbaycanın digər AB ölkələri ilə əməkdaşlığı genişlənir və biz bunu alqışlayırıq”.

Barrozu Azərbaycana səfərinin çox uğurlu alındığını vurğulayıb: “Ümid edirəm ki, tərəflər yeni sənəd üzərində yaxın vaxtlarda işi başa çatdıracaq və mən İlham Əliyevi Brüsseldə qarşılaya biləcəyəm, mühüm razılaşmanı imzalaya biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR