Goranboyda yük avtomobili aşıb, bir nəfər ölüb

Goranboyda yük avtomobili aşıb, bir nəfər ölüb
# 26 noyabr 2013 07:04 (UTC +04:00)

Goranboy. Azər Məmmədli - APA. Goranboyda sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib.

Gəncə istiqamətində hərəkətdə olan “Ford” markalı yük maşını yolun kənarına aşıb. Qəza zamanı 32 yaşlı sürücü, Gəncə şəhər sakini Elşad Babayev müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Goranboy rayon mərkəzi xəstəxanasına aparılıb və orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR