«Qafqaz İnkişaf Bankı»nın aktivləri 83% artıb

«Qafqaz İnkişaf Bankı»nın aktivləri 83% artıb
# 24 oktyabr 2013 07:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Qafqaz İnkişaf Bankı» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 124,606 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 83,0% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 82,2% artaraq 111,281 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 24,359 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə olan göstəriciyə nisbətən 2,3 dəfə çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 2,5 dəfə artaraq 0,284 mln. manata, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 0,1 faiz bəndi artaraq 0,3%-ə çatıb.

Bankın depozit portfeli son bir ildə 10,7% azalaraq 6,684 mln. manata düşüb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 5,855 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 11,2 dəfə çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 3,1 dəfə artaraq 46,129 mln. manat, o cümlədən nizamnamə kapitalı 3,0 dəfə artaraq 42,200 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2,4 dəfə artaraq 5 565, o cümlədən fiziki şəxslərin sayı 3,1 dəfə artaraq 5 503, hüquqi şəxslərin sayı 3,4% artaraq 602 olub.

Hazırda bankın ölkə üzrə 3 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir. Bankın 62 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR