Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti azalıb

Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti azalıb
# 18 dekabr 2013 10:00 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti 2013-cü ilin yanvar-sentyabr ayları üzrə 21,7% təşkil edib. «APA-Economics»in hesablamalarına görə, nəticədə, ötən ilin 9 ayının eyni göstəricisinə nisbətən 7,3 faiz bəndi səviyyəsində azalma müşahidə olunub.

Cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbətinin illik azalması cari əməliyyatlar hesabı balansının sıazalma ilə bağlıdır. Belə ki, bu göstərici illik müqayisədə 2,262 mlrd. dollar və ya 19,6% azalıb.

Eyni zamanda, cari əməliyyatlar hesabı balansının qeyri-neft ÜDM-nə nisbəti 38,8% təşkil edib ki, bu da illik müqayisədə 18,7 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR