TRT-nin baş direktoru İbrahim Şahin Azərbaycanın jurnalist təşkilatları tərəfindən mükafatlandırılıb - FOTOSESSİYA

TRT-nin baş direktoru İbrahim Şahin Azərbaycanın jurnalist təşkilatları tərəfindən mükafatlandırılıb - <span style="color: red;">FOTOSESSİYA
# 30 sentyabr 2013 14:20 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Atatürk Mərkəzində Mətbuat Şurası, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi və Avrasiya Beynəlxalq Mətbuat Fondu TRT-nin baş direktoru İbrahim Şahini türk dünyasına göstərdiyi xidmətlərə və TRT AVAZ kanalının iş fəaliyyəti, göstərdiyi nailiyyətləri münasibətilə "Türk dünyası üstün mükafatı" ilə təltif edib.

APA-nın xəbərinə görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, millət vəkilləri Qənirə Paşayeva, Nizami Cəfərov iştirak edib.

Q. Paşayeva bildirib ki, TRT-də Azərbaycanla bağlı 13 mindən artıq xəbər, 1000-ə yaxın 30 dəqiqəlik material təqdim olunur: "Eyni zamanda TRT AVAZ 4 saat Azərbaycan üçün efir vaxtı ayırır. İbrahim Şahin Qarabağı görməsə də, ora ilə bağlı çoxlu materiallar hazırlayıb ictimaiyyətə təqdim edir. Onu Qarabağlı adlandırmaq olar".

Ə.Amaşov isə çıxışında qeyd edib ki, TRT-nin Azərbaycandakı statusu milli televiziyalardan - AzTV, İctimai TV-dən fərqlənmir: “TRT həm mənəvi, həm də hüquqi baxımdan bizim kanaldır. Bizim bütün sahələrimiz həmin kanalda işıqlandırılıb. O, bizi türk dünyasına və dünyaya tanıdır”.

Tədbirin sonunda mükafatlandırma olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR