Azərbaycanın kənd təsərrüfatı naziri Almaniyaya səfər edəcək

Azərbaycanın kənd təsərrüfatı naziri Almaniyaya səfər edəcək
# 13 yanvar 2014 13:39 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun Berlində (Almaniya) keçiriləcək ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq «Yaşıl Həftə» sərgisində, Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda, habelə kənd təsərrüfatı nazirlərinin VI Berlin Sammitində iştirak edəcək. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə H.Əsədov yanvarın 15-19-da Almaniyaya rəsmi səfərə gedəcək.

Nazir H.Əsədov adıçəkilən tədbirlərə Almaniyanın qida, kənd təsərrüfatı və istehlakçıların müdafiəsi üzrə federal naziri Hans-Peter Fridrix tərəfindən dəvət olunub.

Səfər çərçivəsində həmçinin, Almaniyanın kənd təsərrüfatı və aqrar-sənaye kompleksi sahəsində əldə etdiyi təcrübə ilə yaxından tanış olmaq məqsədilə müqabil tərəfin müxtəlif sahələrini təmsil edən nümayəndələri ilə müzakirələrin aparılması, eləcə də sərgidə iştirak edəcək kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR