Aktau şəhərində Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Aktau şəhərində Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 18 dekabr 2013 10:22 (UTC +04:00)

Bakı - APA. Dekabrın 17-də Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu və Aktau şəhər akimliyinin (meriya) təşkilati dəstəyi ilə Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Azərbaycan Milli Mədəni Mərkəzi və Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən Azərbaycan Respublikasının Tarixi və Mədəniyyətinin Tədqiqatı Mərkəzi tərəfindən Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib. Baş Konsulluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Aktau şəhərinin ən böyük mədəniyyət mərkəzi olan “Abay” Mədəniyyət Evinin 680 nəfərlik salonunda şəhər ictimaiyyətinin, o cümlədən, dövlət qurumları, ziyalılar, diplomatik korpus nümayəndələri və diasporanın iştirakı ilə keçirilən tədbirdə baş konsul R. Məmmədov çıxış edib. O, Nizami Gəncəvi haqqında ümumi məlumat verib, tədbirin təşkilində göstərdiyi dəstəyə görə Aktau şəhər akimliyinə təşəkkürünü bildirib.

Aktau meri E. Janbırşin çıxış edərək Qazaxıstan dövləti tərəfindən ölkədə yaşan xalqlarla bağlı aparılan siyasət, xalqların milli-mədəni tarixi, ədəbiyyatın təbliği barədə danışıb.

Tədbirdə iştirak üçün Aktau şəhərinə ezam olunmuş AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Vəfa Hacıyeva böyük sənətkarın həyatı, zəngin ədəbi fəaliyyəti və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib.

Tədbirdə Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri tərəfindən Nizaminin şeirləri oxunub, 1982-ci ildə çəkilmiş və Müslüm Maqomayevin baş rolda iştirak etdiyi “Nizami” filmi nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR