DSMF-in qeyri-büdcə daxilolmaları 13,6% artıb

DSMF-in qeyri-büdcə daxilolmaları 13,6% artıb
# 11 iyun 2014 11:57 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların payı artmaqdadır. Bu artım xüsusən qeyri-büdcə təşkilatları üzrə yığımlarda müşahidə edilir. Bu barədə DSMF-nin sədri Elman Mehdiyev məlumat verib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, E. Mehdiyev bildirib ki, 2014-cü ilin ilk 5 ayının nəticələrinə görə, fondun topladığı məcburi dövlət sosial sığorta haqları 664,7 mln. manat olub. Bunun da 64,7%-i və yaxud 430,1 mln. manatı qeyri-büdcə təşkilatları üzrə daxilolmalardır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 11,8% artıb, qeyri-büdcə təşkilatları üzrə artım isə 13,6% olub.

E. Mehdiyev qeyd edib ki, qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkəmizdəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması, sığortaedənlərin qeydiyyatının gücləndirilməsi və əmək haqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsi hesabına təmin olunub.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Bu ilin ilk 5 ayı ərzində pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 1 166,4 mln. manat vəsait yönəldilib və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 154,1 mln. manat və ya 15,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR