Almaniyanın Afinadakı səfirinin iqamətgahı atıcı silahdan atəşə tutulub

Almaniyanın Afinadakı səfirinin iqamətgahı atıcı silahdan atəşə tutulub
# 30 dekabr 2013 09:21 (UTC +04:00)

Bakı - APA. Bu gün səhər Almaniyanın Afinadakı səfirinin iqamətgahı atıcı silahdan atəşə tutulub.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, naməlum şəxslər binaya azı 15 dəfə atəş açıblar. İnsident nəticəsində zərərçəkən olmayıb.

Yunanıstanın baş naziri Antonis Samaras hadisədən dərhal sonra səfir Volfhanq Doldla əlaqə saxlayıb. Telefon danışığının detalları barədə məlumat verilmir.

Polis artıq cinayətkarların axtarışına başlayıb. Hələlik saxlanılan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR