Yəməndə ixrac neft boru kəməri partladılıb

Yəməndə ixrac neft boru kəməri partladılıb
# 02 fevral 2014 04:48 (UTC +04:00)

Bakı-APA. Yəmənin Marib əyalətində iri ixrac neft boru kəməri partladılıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, hücuma “qara qızıl”ı Qırmızı dənizdəki Ras-İsa limanına nəql edən magistral boru kəməri məruz qalıb. Partlayışdan sonra kəmərdə yanğın baş verib. Neftin nəqli hazırda dayandırılıb.

Qeyd olunan ixrac neft boru kəmərində təmir işləri 2 ay əvvəl yekunlaşıb. İxrac neft kəmər mütəmadi olaraq mərkəzi hakimiyyətə təzyiq etməyə çalışan yerli tayfaların hücumuna məruz qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR