Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı İrəvana gedib

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı İrəvana gedib
# 18 oktyabr 2013 09:46 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı və hərəkatın sülh quruculuğu üzrə eksperti Həmidə Qiyasbəyli Ermənistanın paytaxtı İrəvan şəhərinə səfər edib.

Hərəkatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında vətəndaş təşəbbüsünün artırılması” istiqamətində təşkil olunan səfər çərçivəsində Ermənistan Avropa Hərəkatı və bir çox qurumlarla müzakirələr aparılacaq.

Səfər çərçivəsində görüşlər 19-20 oktyabr tarixlərində baş tutacaq. Səfərdə həmçinin Beynəlxalq Avropa Hərəkatının baş katibi Diogo Pinto və Beynəlxalq Avropa Hərəkatının Siyasi Komitəsinin nümayəndəsi xanım Dr. Karol Veaver da iştirak edəcək.

Səfər çərçivəsində Avropa İttifaqının təşkilatçılığı ilə konfrans, Ermənistandan olan millət vəkilləri, tanınmış QHT nümayəndələri ilə görüşlər və mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR