Şəmkirdə “Azərbaycan regionları yeni inkişaf mərhələsində” mövzusunda tədbir keçirilib

Şəmkirdə “Azərbaycan regionları yeni inkişaf mərhələsində” mövzusunda tədbir keçirilib
# 07 fevral 2014 14:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Şəmkirdə “Azərbaycan regionları yeni inkişaf mərhələsində” mövzusunda tədbir keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin regionda fəaliyyət göstərən 200-dən çox sahibkar iştirak edib.

Tədbirdə çıxış edən nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov regionların sosial-iqtisadi inkişafının əsas prioritetlərdən olduğunu qeyd edib. Regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının icrası uğurla başa çatmışdır. Bu proqramların icrası nəticəsində iqtisadiyyatın bütün sahələrində uğurlar əldə edilib, qeyri-neft sektoru daha da inkişaf edib, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artıb, sahibkarlıq fəaliyyəti genişlənib, regionlarda yeni müəssisə və iş yerləri açılıb.

Nazirliyin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Emin Qasımov çıxışlarında Azərbaycanda özəl bölmənin inkişafı, ölkədə istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, elmi təminat və kadr potensialının gücləndirilməsi və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat veriblər.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR