Nəhəng neft şirkətlərinin xərcləri artır, hasilat isə azalır

Nəhəng neft şirkətlərinin xərcləri artır, hasilat isə azalır
# 12 avqust 2013 14:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dünyanın ən iri neft şirkətlərinin xərcləri artır, onların hasil etdiyi “qara qızıl” və təbii qazın həcmi isə azalmaqdadır. “APA-Economics”in məlumatına görə, bu barədə bu gün Böyük Britaniyanın “Financial Times” qəzeti yazıb.

Bu ilin ikinci rübündə dünyanın aparıcı “Exxon Mobile”, “Chevron”, “Royal Duch/Shell”, BP, “Total” kimi nəhəng neft şirkətləri gəlirlərinin ciddi şəkildə azaldığı barədə məlumatlar yayıb. Şirkətlərin xərclərinin xeyli artmasına baxmayaraq, onların hasil etdiyi neftin və təbii qazın həcmi nəzərəçarpacaq dərəcədə azalıb.

Nəşrin yazdığına görə, bircə “Total” istisna olmaqla digər şirkətlərin xərcləri artıb, gəlirləri isə azalıb. Baxmayaraq ki, xeyli vaxtdır neftin bir barelinin qiyməti 100 dollardan aşağı qiymətə satılmır: “Böyük neft şirkətləri çıxılmaz vəziyyətə düşüblər. Çünki yeni neft yatağının aşkarlanması üçün tələb olunan xərclər artmaqda davam edir, neftin hasilatı isə azalır”.

Şirkətlər iddia edir ki, bu ilk növbədə onunla bağlıdır ki, yeni neft yataqlarının işlənməsi üçün daha çətin və Arktika kimi əlçatmaz yerlərə getmək lazımdır: “Yaxud okeanın dibində işlər aparmaq lazımdır. Məhz bu şərtlər enerji nəhənglərini yeni hasilat növlərini axtarmağa maraq göstərməyə vadar edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR