Milli Məclis yanvarın 15-də fəaliyyətə başlayacaq

Milli Məclis yanvarın 15-də fəaliyyətə başlayacaq
# 07 yanvar 2014 09:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisi 2014-cü ildə fəaliyyətinə yanvarın 15-dən etibarən başlayacaq. MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, bu ilin yaz sessiyasında komitələrin iclası yanvarın 15-də başlayacaq. Parlamentin bu il ilk plenar iclası isə fevralın 1-də keçiriləcək.

A. Təvəkküloğlu deyib ki, yanvarın 15-dən başlayacaq komitə iclaslarında yaz sessiyasının qanunvericilik planına salınacaq məsələlər müzakirə olunacaq: “Hər komitə ayrı-ayrılıqda müzakirələrdən sonra parlamentin yaz sessiyasının gündəliyinə öz layihələrini təqdim edəcəklər”.

A. Təvəkküloğlu qeyd edib ki, MM-də akkreditasiya olunan KİV nümayəndələri yaz sessiyası ilə bağlı akkreditasiya məktublarını yanvarın 15-nə kimi təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR