Azərbaycan Hesablama Palatası Dünya Bankı ilə əməkdaşlığı gücləndirir

Azərbaycan Hesablama Palatası Dünya Bankı ilə əməkdaşlığı gücləndirir
# 17 yanvar 2014 11:56 (UTC +04:00)

Baki. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Hesablama Palatasının (AHP) sədri Vüqar Gülməmmədov Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko və DB-nın satınalmalar üzrə mütəxəssisi Dipal Fernando ilə görüşüb.

Hesablama Palatasından «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Palatanın Dünya Bankı ilə əməkdaşlığı çərçivəsində görülmüş işlər və bu istiqamətdə potensial imkanlar barədə fikir mübadiləsi aparılıb.

İlk öncə Palatanın sədri DB-nın layihələrinin auditi, o cümlədən Bankın satınalma proseduraları üzrə keçirilən yoxlamalarla bağlı AHP-nin təcrübəsi barədə fikirlərlə bölüşüb və bu növ layihələrdə kənar dövlət auditi funksiyasının tətbiqi üçün potensialın artırılmasına yönələn tədbirlər barədə məlumat verib. Daha sonra L.Leşçenko DB-nın ölkənin ali audit qurumu olan Hesablama Palatası ilə mövcud əməkdaşlığın davam etdirilməsində və daha da intensivləşdirilməsində maraqlı olduğunu bildirib. Bu baxımdan, o, hazırda Dünya Bankı tərəfindən tətbiq edilməyə başlanılan «Ölkə sistemi» yanaşmasından söhbət açıb.

Həmçinin, AHP bir qrup işçilərinə DB-nın satınalmalar ilə bağlı proseduraları üzrə təlimlərin keçirilməsi, Dünya Bankının ölkənin müxtəlif dövlət qurumlarında həyata keçirdiyi layihələrdə satınalmalar üzrə «sonradan baxış» yoxlamalarında Palata əməkdaşlarının iştirakı və DB ilə əməkdaşlığın hüquqi formatının müvafiq qaydada tənzimlənməsi də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR