ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus qırıcılar Nyu-York səmasında 3 təyyarəni ələ keçirib

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus qırıcılar Nyu-York səmasında 3 təyyarəni ələ keçirib
# 24 sentyabr 2013 03:59 (UTC +04:00)

Bakı-APA. ABŞ Hərbi-Hava Qüvvələrinin qırıcıları Nyu-Yorkun hava məkanına yaxınlaşan yüngül mühərrikli 3 təyyarənin qarşısını kəsib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Associated Press” agentliyinin yaydığı xəbərdə bildirilir.

Qeyd edək ki, Nyu-Yorkun hava məkanı BMT Baş Assambleyasının iclası və prezident Barak Obamanın səfəri üzündən qapalı elan olunub.

Şimali Amerika Hava-Kosmik Müdafiəsi Komandanlığının nümayəndəsi Con Kornelio bildirib ki, əməliyyat 1,5 saat davam edib. Müvafiq tapşırığı F-16 qırıcıları yerinə yetirib.

Ələ keçirilən yüngül mühhərikli təyyarələrin pilotları qapalı hava məkanına daxil olmaq cəhdləri ilə bağlı sorğu-sual ediləcək. İlkin məlumata görə, pilotların hərəkətində terror məqsədi olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR