Obama Nümayəndələr Palatasından büdcəni qəbul etməyi tələb edib

Obama Nümayəndələr Palatasından büdcəni qəbul etməyi tələb edib
# 08 oktyabr 2013 23:44 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama oktyabrın 8-də respublikaçılardan “təhdidlərə son qoymağı” və yeni maliyyə ili üçün büdcəyə səs verməyi tələb edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Obama televiziya ilə çıxışı zamanı deyib.

“Bəhanələrə son qoyaq, gəlin Nümayəndələr Palatasında səs verək”, deyə prezident büdcəyə səs verməyə çağırıb.

Obama respublikaçıları tənqid atəşinə tutaraq deyib ki, ABŞ tarixində indiyədək hələ heç bir konqres ölkəyə defolt təhlükəsi yaratmamışdı.

Büdcə qəbul olunacağı təqdirdə Obama respublikaçılarla onları narahat edən bütün məsələləri müzakirə etməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR