Suriya prezident seçkisinə hazırlaşır - FOTOSESSİYA

Suriya prezident seçkisinə hazırlaşır - <span style="color: red;">FOTOSESSİYA
# 31 may 2014 14:05 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu il iyunun 3-də Suriyada növbəti prezident seçkisi keçiriləcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, seçkiyə sayılı günlərin qaldığı bir müddətdə prezidentliyə namizədlər öz təbliğat-təşviqat kampaniyalarını davam etdirirlər.

Paytaxt Dəməşq və digər şəhərlərdə hazırkı prezident Bəşər Əsəd və onun opponentlərinin plakatları ölkənin müxtəlif yerlərində nəzərə çarpır.

Qeyd edək ki, iyunun 1-də Tehranda Suriyadakı böhrandan çıxış yollarının axtarılması məqsədilə növbəti konfrans keçiriləcək. “Suriyanın dostları” adlı toplantıda Latın Amerikası, Afrika və ərəb regionundan olmaqla 30 ölkənin nümayəndəsi iştirak edəcək. Yığıncaq həmin ölkələrin parlamentlərinin xarici siyasət komissiyalarının rəhbərləri səviyyəsində həyata keçiriləcək. İran “Suriyanın dostları” konfransını bu formatda ilk dəfə 2013-cü ilin martında Tehranda keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR