Türkiyənin ticarət və gömrük naziri: "Azərbaycanla gömrük sahəsindəki əməkdaşlıqda hər hansı problemdən söhbət gedə bilməz"

Türkiyənin ticarət və gömrük naziri: "Azərbaycanla gömrük sahəsindəki əməkdaşlıqda hər hansı problemdən söhbət gedə bilməz"
# 04 dekabr 2013 20:40 (UTC +04:00)

İstanbul. Mais Əlizadə-APA. “Gömrük sahəsindəki əməkdaşlığımızda Azərbaycanla aramızda hər hansı problemdən söhbət gedə bilməz”. Bunu APA-ya açıqlamasında Türkiyənin ticarət və gömrük naziri Hayati Yazıcı deyib.

APA-nın “Azərbaycanla sərbəst ticarət sazişi imzalamağı düşünürsünüzmü? Bununla bağlı gördüyünüz işlər varmı?” sualına Hayati Yazıcı belə cavab verib: “İki qardaş ölkə olaraq ticarət sahəsində önəmli addımlar atırıq, beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində əlaqələrimizi daha da genişləndiririk. İndiyə qədər imzaladığımız sazişlərin hamısını həyata keçirməyə çalışırıq. Sərbəst ticarət sazişi daha çox İqtisadiyyat nazirliyimizi maraqlandıran bir məsələdir. Amma Azərbaycanla aramızda gömrük sahəsində əməkdaşlıq sazişi var, o çərçivədə əməkdaşlığımızı inkişaf etdirmək üçün lazımi işləri görürük”.

APA-nın “Gömrük sahəsindəki əməkdaşlıqda iki ölkə arasında hər hansı problem varmı?” sualına cavab olaraq Türkiyənin ticarət və gömrük naziri bildirib ki, mövcud sazişlərə uyğun olaraq, ölkələrimiz arasında gömrük sahəsindəki əməkdaşlıqda hər hansı problemdən söhbət gedə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR