Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır, bəzi yerlərdə temperatur 12 dərəcəyə yüksələcək

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır, bəzi yerlərdə temperatur 12 dərəcəyə yüksələcək
# 19 dekabr 2013 09:14 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər və gecə bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 15-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza əsasən, dekabrın 20-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR