Şəkidə avtomobil yanıb

Şəkidə avtomobil yanıb
# 25 mart 2014 07:07 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki şəhərində avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki-Oğuz avtomobil yolunun 10-cu kilometrliyində qeydə alınıb. Şəki şəhər sakini Namiq Aydın oğlu Mustafayevin idarə etdiyi «VAZ-2106» markalı, 55-BB-577 dövlət nömrə nişanlı avtomobilin salonunda qəfildən yanğın baş verib. Hadisə yerinə FHN-in Şəki rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtomobilin salon hissəsi yanaraq yararsız hala düşüb. Yanğın zamanı sürücü xəsarət almayıb.

Faktla bağlı FHN-in Şəki rayon DYMX-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR