“Neftçi” – “Xəzər Lənkəran” - 4:1

“Neftçi” – “Xəzər Lənkəran” - 4:1
# 02 noyabr 2013 17:58 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, ikinci oyun günündə hər iki qarşılaşma paytaxt Bakıda baş tutub.

İlk görüş “Şəfa” stadionunda keçirilib. Son turlarda özünə gələn “İnter” növbəti qələbəsini qazanıb. Kaxaber Sxadadzenin yetirmələri doğma meydanda “Rəvan”ı üstələyib – 3:2.

Turun mərkəzi qarşılaşması isə “Bakcell Arena” keçirilib. Futbolsevərlər bu turda “Böyük oyun”un şahidi olublar. 2 prinsipial rəqib - “Neftçi” və “Xəzər Lənkəran”ın növbəti duelində meydan sahibləri qalib gəlib. Bakılılar böyük hesabla qalib gəlməyi bacarıb – 4:1.

Ötən həftə “ağ-yaşıllar”a məğlub olaraq Azərbaycan Superkubokunu qazana bilməyən paytaxt klubu doğma azarkeşləri qarşısına qisasını alıb. Nazim Süleymanovun baş məşqçi kimi “Neftçi”dəki ilk qələbəsini qazanıb. Mütəxəssis buna Azərbaycan karyerasında çalışdırdığı ilk komanda ilə görüşdə sevinib.

Qeyd edək ki, XII tur sabah keçiriləcək 2 oyunla yekunlaşacaq.

2 noyabr (şənbə)

“İnter” – “Rəvan” - 3:2

QOLLAR: Baçana Sxadadze, 5, Vaqif Cavadov, 11, Brüs Abdullaye, 82 - Ramazan Abbasov, 15, Miloş Adamoviç, 90

“Neftçi” – “Xəzər Lənkəran” - 4:1

QOLLAR: Bahodir Nasimov, 45, Mahir Şükürov, 65-pen., Ernest Nfor, 90, Flavinyo, 90+3 - Etame Mbilla, 90+1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR