BP-nin icraçı direktoru və Slovakiya prezidenti Azərbaycan prezidentini təbrik edib

BP-nin icraçı direktoru və Slovakiya prezidenti Azərbaycan prezidentini təbrik edib
# 21 oktyabr 2013 11:56 (UTC +04:00)

Bakı – APA. BP şirkətinin icraçı direktoru Robert Dadli Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi BP şirkətinin adından səmimi qəlbdən təbrik edirəm. Biz bp şirkəti olaraq Azərbaycan iqtisadiyyatının əsas sahəsinin – neft-qaz sektorunun inkişafını dəstəkləmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və digər tərəfdaşlarımızla birgə çalışmaqdan məmnunluq duyuruq.

Mən şəxsən Sizin müdrikliyinizi, zəkanızı və dəstəyinizi yüksək qiymətləndirir, bu ayın sonunda bir daha Sizinlə Bakıda görüşməyi səbirsizliklə gözləyirəm”.

Slovakiya prezidenti İvan Qaşparoviç də Azərbaycan dövlət başçısına təbrik ünvanlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR