Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi yubiley medalı təsis edilib - FOTO

Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi yubiley medalı təsis edilib - <span style="color: red;">FOTO
# 01 iyul 2014 13:38 (UTC +04:00)

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı təsis edilib.

“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı haqqında Əsasnamə və medalın təsviri təsdiq edilib.

Əsasnamədə qeyd olunur ki, “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” medalı ilə 2014-cü il avqust ayının 18-dək müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd xidməti orqanlarının qurulmasında və möhkəmləndirilməsində fəal iştirak etmiş, ehtiyata (istefaya) buraxılmış zabitlər və sərhəd xidməti orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR