ARDNŞ ötən ay neft hasilatını 1% artırıb

ARDNŞ ötən ay neft hasilatını 1% artırıb
# 26 iyun 2014 08:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin may ayında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 715,9 min ton neft hasil edilib.

APA-Economics”in ARDNŞ-in statistika rəqəmlərinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında bu rəqəm 715,4 min ton, fevralda 651,7, mart ayında 741,6 min ton, aprel ayında isə 686,2 min ton təşkil edib.

Bu ilin yanvar-may aylarında isə ARDNŞ tərəfindən isə ümumilikdə 3 510,8 min. ton neft hasil edilib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 1,3% çoxdur.

Ümumilikdə may ayında ölkə üzrə 3 707.8 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 4% azdır.

Bu ilin yanvar ayında ölkə üzrə 3639,2 min ton, fevralda 3622,5 min ton, mart ayında 3622,5 min ton, aprel ayında isə 3632,5 min ton neft hasil edilib. Ümumilikdə bu ilin yanvar-may aylarında 18 214,5 min ton neft hasil edilib ki, bu da 2013-cü ilin 5 ayı ilə müqayisədə 0,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR