Azərbaycanın ABŞ-dakı səfiri: “Ermənistan nəinki enerji layihələrindən, hər bir inkişafdan uzaqda qalıb” - VİDEO

Azərbaycanın ABŞ-dakı səfiri: “Ermənistan nəinki enerji layihələrindən, hər bir inkişafdan uzaqda qalıb” - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2013 08:38 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Suleymanov bildirib.

Onun sözlərinə görə, son zamanlar Avropa bazarlarında enerjiyə ehtiyac daha da artır: “Yeni qaz ehtiyatları çox vacibdir. “Cənub Qaz Dəhlizi”nin maraqlı coğrafi bir məqamı da var - burada söhbət təkcə Şərqi Avropadan yox, həm də Cənubi Avropadan gedir. Albaniya, Yunanıstan, İtaliya Azərbaycan üçün çox vacib olan yeni coğrafi reallıq yaradır”.

Hazırda Avropanın enerji sahəsində Azərbaycanın Rusiyaya rəqib ola biləcəyinə münasibət bildirən səfir vurğulayıb ki, Azərbaycan və Rusiya rəqib deyil, ola da bilməz: “Biz bir-birimizə rəqib kimi baxmamalıyıq, tərəfdaş kimi Avropanın müxtəlif yerlərində işləyə bilərik”.

E.Süleymanov Ermənistanın regional layihələrdən kənarda qalmasına da münasibət bildirib: “Ermənistan nəinki enerji layihələrindən, hər bir inkişafdan uzaqda qalıb. Ermənistan rəhbərliyi bir qərara gəlməlidir ki, Ermənistan üçün firavan və parlaq gələcək istəyir, yoxsa bugünkü kimi inkişaf etməmiş dövlət olaraq qalmağı seçirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR