TQDK on-line sınaq imtahanı keçirəcək

TQDK on-line sınaq imtahanı keçirəcək
# 03 iyul 2014 13:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün online sınaq imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbul imtahanı ərəfəsində namizədlərə ixtisas fənləri üzrə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda təqdim olunacaq suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında hazırlanıb.


İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını TQDK-nın saytının elektron xidmətlər bölməsinə daxil olmaqla internet ödəmə vasitəsilə əldə etmək olar. Sınaq imtahanının iyulun 4-dən həyata keçirilməsi nəzərdə tutulur. Arzu edənlər komissiyanın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək online rejimdə sınaq imtahanı verə biləcəklər. İstifadə üçün http://eservices.tqdk.gov.az/ptservice2014/soft/tqdksinaq.zip proqramı yenidən yükləmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR