Kürdəmirdə zəncirvari qəzada bir nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb - VİDEO

Kürdəmirdə zəncirvari qəzada bir nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 09 dekabr 2013 06:58 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumata görə, hadisə bu gün axşam saat 20:00 radələrində Bakı-Qazax yolunun Kürdəmir şəhərindən keçən hissəsində qeydə alınıb. Kürdəmir sakini, 1992-ci il təvəllüdlü İbrahimov Pənah Rahim oğlunun idarə etdiyi 10-ZZ-429 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn, onun həmyerlisi, 1974-cü il təvəllüdlü Qaçayev Teymur Mülkədar oğluna məxsus 10-OB-245 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı avtomobillə toqquşub. Zərbənin təsiri nəticəsində “VAZ 21011” markalı maşın fırlanaraq yolun əks tərəfindən gələn, 1968-ci il təvəllüdlü Abbasov Nuru Cabbar oğluna məxsus 33-BC-317 dövlət nömrə nişanlı, “QAZ 52” markalı yük maşınına çırpılıb. Nəticədə “QAZ 53” maşını yoldan çıxaraq aşıb. Zəncirvari avtomobil qəzası zamanı hər üç maşının sürücüsü, eləcə də sərnişinlər - 2009-cu il təvəllüdlü Musayeva Aytən Arzuman qızı, 1981-ci il təvəllüdlü Hüseynova Məhluqə Nəbi qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 1962-ci il təvəllüdlü Məmmədova Adilə Xəlil qızı dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR