Altı gün öncə bıçaqlanan qadın ötən gün vəfat edib

Altı gün öncə bıçaqlanan qadın ötən gün vəfat edib
# 04 sentyabr 2013 12:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Altı gün öncə bıçaqlanan qadın ötən gün vəfat edib. Tovuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 29-da Tovuz rayonunun Əyyublu kəndində qeydə alınıb. Kənd sakini İvan Hüseynov münaqişə zəminində həmkəndlisi Rəşid Əliyevi bıçaqla vurmağa cəhd göstərib və bu zaman araya girən R. Əliyevin bacısı Təranəyə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən T. Əliyeva sentyabrın 3-də orada ölüb.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Hüseynov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR