Azərbaycan prezidenti Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul edib - FOTO

Azərbaycan prezidenti Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul edib - <span style="color: red;">FOTO
# 16 sentyabr 2013 13:38 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul edib. APA-nın xəbərinə görə, “Məktəbdə şahmat” proqramının Azərbaycanda fəal şəkildə tətbiq olunmasının əhəmiyyətinə toxunan Kirsan İlümjinov 2009-cu ildə prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda şahmatın inkişafına dair dövlət proqramının təsdiq olunmasının önəmini qeyd edib. O, Azərbaycanda şahmatın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Rusiya Federasiyasının Xantı-Mansiysk vilayətində ilk dəfə keçirilən sürətli şahmat üzrə dünya çempionatında Şəhriyar Məmmədyarovun qalib gəlməsini Azərbaycanda şahmatın inkişafının yaxşı göstəricisi kimi dəyərləndirib.


Prezident İ. Əliyev isə “Məktəbdə şahmat” proqramının Azərbaycanda ardıcıl davam etdiriləcəyinə əminliyini ifadə edib. Ölkədə şahmatın uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Azərbaycanın bütün şəhərlərində şahmat məktəblərinin bərpa edildiyini deyib. “Baku Open-2013” Beynəlxalq Şahmat Festivalına hazırlıq işlərinin görüldüyünü söyləyən İ. Əliyev Azərbaycanın təşəbbüslərinə göstərdiyi dəstəyə görə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinova təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR