«Nar Mobile» yeni innovativ cihazını təqdim edib - FOTO

«Nar Mobile» yeni innovativ cihazını təqdim edib - <span style="color: red;">FOTO
# 05 dekabr 2013 12:10 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) dekabrın 2-5-də keçirilən «Bakutel-2013» XIX Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində «NarHome» cihazını təqdim edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, məişətdə istifadə üçün nəzərdə tutulmuş «NarHome» müxtəlif xidmətləri bir arada göstərən vahid və kompakt bir cihazdır. Mobil operator ilkin mərhələdə internet, TV proqram və sorğu ilə video xidmətini təmin etməyi, bir müddət sonra isə digər xidmətləri də aktivləşdirməyi planlaşdırır.

Qeyd edək ki, sərginin ilk iş günü «NarHome» cihazı sərginin açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyevə də təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR