Azərbaycanda Həccə gedəcək zəvvarlar üçün xüsusi seminarların keçirilməsinə başlanıb

Azərbaycanda Həccə gedəcək zəvvarlar üçün xüsusi seminarların keçirilməsinə başlanıb
# 03 sentyabr 2013 09:17 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara bu il ilk dəfə olaraq ziyarət hazırlığı ilə bağlı xüsusi seminarların keçirilməsinə başlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, seminarlara sentyabrın əvvəlindən etibarən start verilib.

Seminarlar ziyarət başlanana qədər hər həftənin şənbə və bazar günləri Təzə Pir məscidində keçirilir. Bütün zəvvarların seminarlara qatılması tövsiyə olunur.

Qeyd edək ki, bu il Həccə ziyarəti oktyabrın 3-dən başlayacaq. Zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək.

Azərbaycanda Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlarımızın Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edir. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq. Oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Ümumilikdə bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub.

Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq (VİP ziyarət) istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR