Bakının Nərimanov rayonunda yol qəzası baş verib - FOTO - VİDEO

Bakının Nərimanov rayonunda yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 aprel 2014 01:15 (UTC +04:00)

APA-nın xəbərinə görə, qəza Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

Hadisə nəticəsində Əliyev Samir Nasir oğlunun idarə etdiyi "VAZ 21099" markalı avtomobillə Əliyev Orxan Bayram oğlunun idarə etdiyi "Mitsubishi " toqquşub. Qəzada sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəza "Mitsubishi"nin sürücüsü Əliyev Orxanın günahı ucbatından baş verib. O dönmə əməliyyatını yerinə yetirən Əliyev Samirin idarə etdiyi "VAZ 21099" avtomobilini arxadan vurub.

Faktla bağlı Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR