Qurban Məsimli Abdulla Şaiq adına Dövlət Kukla Teatrına yeni baş rejissor təyin edilib

Qurban Məsimli Abdulla Şaiq adına Dövlət Kukla Teatrına yeni baş rejissor təyin edilib
# 16 yanvar 2014 13:48 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Abdulla Şaiq adına Dövlət Kukla Teatrına yeni baş rejissor təyin edilib.

Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin APA-ya verdiyi məlumata görə, aktyor Qurban Məsimli baş rejissor vəzifəsinin icrasına başlayıb: “2013-cü ilin mart ayından boş olan baş rejissor vəzifəsinə bir neçə gündür təyinat olub. Qurban Məsimli artıq rejissor kimi yeni tamaşaya quruluş verir”.

Qeyd edək ki, Q. Məsimli Dövlət Pantomima Teatrının aktyoru olub. O, son illərdə çəkilən film və seriallarda əsas rollarda çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR