Rövşən Rzayev: “Ermənistan başa düşüb ki, vaxt onun xeyrinə işləmir”

Rövşən Rzayev: “Ermənistan başa düşüb ki, vaxt onun xeyrinə işləmir”
# 25 noyabr 2013 11:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra bizdə əminlik yarandı ki, yaxın zamanlarda Azərbaycanın ərazi bütövlüyü problemi sülh danışıqları yolu ilə həll olunacaq”. APA-nın xəbərinə görə, bu sözləri millət vəkili, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib. Onun fikrincə, artıq qarşı tərəf də başa düşür ki, məsələni uzatdıqca Ermənistan iqtisadi fəlakətlə üzləşir: “Onlar başa düşüblər ki, problemin həllində vaxt onların xeyrinə işləmir”.

R. Rzayev qeyd edib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşlərinə və itirilmiş münasibətlərin bərpa edilməsinə çalışır: “Bununla onlar sülh danışıqlarına öz müsbət töhfəsini verə bilər. Təəssüf ki, Ermənistan tərəfi bu günə kimi heç bir müsbət mövqe bildirmir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR