İsrail İranın atom obyektlərinə zərbə endirmək imkanı qazanır

İsrail İranın atom obyektlərinə zərbə endirmək imkanı qazanır
# 04 noyabr 2013 12:57 (UTC +04:00)

Bakı - APA. ABŞ İsrailə 6 ədəd “V-22 Osprey” tipli döyüş təyyarələri satacaq. APA-nın verdiyi məlumata görə, ABŞ müdafiə naziri Çak Hegel bunu İsrailin “Haaretz” qəzetinə müsahibəsində söyləyib.

İsrailin bölgədə davamlı təhdid altında yaşadığını deyən Çak Hegel döyüş təyyarələrinin yaxın vaxtlarda İsrailə təhvil veriləcəyini bildirib.

Qeyd edək ki, İsrailin təkidlərinə baxmayaraq, ABŞ uzun müddət bu döyüş təyyarələrini satmaqdan imtina edib. Çünki radarlara yaxalanmayan və sürəti saatda 400 km-ə çatan “V-22 Osprey” tipli döyüş təyyarələri sayəsində İsrail təkbaşına İranın atom obyektlərinə zərbə endirmək potensialına sahib olacaq. ABŞ-ın İsrailə bu döyüş təyyarələrini satmağa soyuq yanaşması da bundan qaynaqlanıb. 2005-ci ildən yalnız ABŞ ordusunun istifadəsində olan “V-22 Osprey” təyyarə və vertolyotun hibridi sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR