Qafqaz Müsəlmanları İdarəsinin saytının fəaliyyəti bərpa olunub

Qafqaz Müsəlmanları İdarəsinin saytının fəaliyyəti bərpa olunub
# 24 oktyabr 2013 15:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi internet səhifəsinə haker hücumunun nəticələri aradan qaldırılıb. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq saytın fəaliyyəti bərpa olunub.

Qeyd edək ki, bu gün idarənin internet səhifəsinin fəaliyyət tarixində ilk dəfə olaraq sayta ciddi haker hücumu olub. Nəticədə saytın fəaliyyəti tamamilə dayanıb. İdarə bunu QMİ-nin fəaliyyətini gözü götürməyənlərin işi kimi xarakterizə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR