Bakıda "Dostluq və qardaşlıq carçısı Məhtimqulu Fəraqi" mövzusunda elmi konfrans keçirilib

Bakıda "Dostluq və qardaşlıq carçısı Məhtimqulu Fəraqi" mövzusunda elmi konfrans keçirilib
# 07 may 2014 12:33 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük türkmən şairi Məhtimqulu Fəraqinin 290 illik yubileyinə həsr edilmiş "Dostluq və qardaşlıq carçısı Məhtimqulu Fəraqi" mövzusunda elmi konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli M.Fəraqinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib: "Məhtimqulu Fəraqi türkmən ədəbiyyatının klassikidir. O, türkdilli dövlətlər arasında bir körpü rolunu oynayıb. Məhtimqulunun yubileyi ilə bağlı ilk tədbirə bu gün Bakıda start verildi. Yubiley tədbirləri İranda davam edəcək və Aşqabadda yekunlaşacaq".

Daha sonra Türkmənistan Azərbaycandakı səfiri Toylu Komekov çıxış edib. O bildirib ki, türkmən xalqının mütəfəkkir şairi Məhtimqulu Fəraqi özünün qiyməti bədii yaradıcılığı və öz adı ilə təxminən 300 ildir ki, soydaşlarını şöhrətləndirir: "Şairin türkmən tarixində, ictimai-siyasi, mədəni-ədəbi həyatında yeri əbədidir. Azərbaycanda da Məhtimqulu Fəraqi yaradıcılığına göstərilən diqqət bizim üçün çox önəmlidir".

Konfransda İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin, Türkmənistan Elmlər Akademiyası Əlyazmalar İnstitutunun şöbə müdiri Atamurad Saparmuradov, baş elmi işçisi Meylis Cabbarov da çıxış edib.

Konfransda Məhtimqulu Fəraqiyə və Türkmənistana dair kitablar da nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR