İranın xarici işlər naziri ABŞ-a səfərə yola düşüb

İranın xarici işlər naziri ABŞ-a səfərə yola düşüb
# 18 sentyabr 2013 13:20 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Bu gün səhər saatlarında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-a səfərə yola düşüb.

APA-nın İRNA-ya istinadən məlumatına görə, səfərdə məqsəd BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etməkdir.

M.C.Zərif səfər çərçivəsində bir sıra ölkələrin rəsmiləri ilə görüşəcək, xarici kütləvi informasiya vasitələrinə müsahibələr verəcək. Bundan əlavə, İran xarici işlər nazirinin Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, “altılıq” ölkələrinin əsas müzakirəçisi olan Ketrin Eşton və Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə də görüşü planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR