Lənkəranda süd qəbulu və yığımı məntəqəsində reyd keçirilib - FOTOSESSİYA - VİDEO

Lənkəranda süd qəbulu və yığımı məntəqəsində reyd keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 29 may 2014 14:47 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsinin əməkdaşları Lənkəran rayonunun Xutor deyilən ərazisində fəaliyyət göstərən süd qəbulu və yığımı məntəqəsində reyd keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, reyd zamanı məlum olub ki, qanunsuz fəaliyyət göstərən məntəqədə heç bir normativ sənəd və uyğunluq sertifikatı mövcud deyil. Vətəndaşlardan qəbul olunan süd isə qapağı açıq qalan kanalizasiya sisteminin yanında aparılır. Qablara yığılan südün üzərində hər cür həşərata rast gəlinib.

Məntəqə işçisi vəziyyətdən çıxmaq üçün müxtəlif bəhanələrə əl atıb: “İnəklərdən sağılan süd zamanı vedrəyə hər nə düşə bilir. Məntəqədə süd süzgəcdən keçirilir və təmizlənir”.

İdarə əməkdaşı Xalid Ələkbərlinin sözlərinə görə, ilkin başlanğıc olaraq məntəqədə baxış protokolu tərtib olunub və qanuna müvafiq qaydada tədbirlər görüləcək.

Aşkarlanmış nöqsanlarla bağlı məntəqəyə məhdudlaşdırıcı qərar tətbiq edilərək sahibinə təqdim olunub. Həmin məntəqəni 1500 manatdan 2000 manata kimi cərimə gözləyir.

Qeyd edək ki, bu kimi reydlərin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsinin əhatə etdiyi bütün süd yığımı və qəbulu ilə məşğul olan məntəqələrdə keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR