Abşeron rayonunda 20 yaşlı qız özünü asıb

Abşeron rayonunda 20 yaşlı qız özünü asıb
# 06 sentyabr 2013 07:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda 20 yaşlı qız intihar edib, 31 yaşlı kişi isə intihara cəhd edib. İntihar hadisəsi Abşeron rayonunda qeydə alınıb. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Fatmayı kənd sakini, 1993-cü il təvəllüdlü Rüxsarə Əliyeva özünü yaşadığı evdə asaraq intihar edib.

İkinci hadisə isə Zabrat qəsabəsi Yeni Yaşayış massivində qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1982-ci il təvəllüdlü Samir Musa oğlu Musayev yaşadığı evdə özünü elektrik naqili ilə asmağa cəhd edərkən valideynləri tərəfindən xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR