Neftin bahalaşması davam edir

 Neftin bahalaşması davam edir
# 10 fevral 2014 06:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 2,04 dollar və ya 2,1% artaraq 1 barelə görə 99,88 dollar təşkil edib.


«APA-Economics»in məlumatına görə, fevralın 7-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,38 dollar və ya 2,2% artaraq 109,57 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR