Azərbaycan prezidenti Türkiyə daxili işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Türkiyə daxili işlər nazirini qəbul edib
# 26 may 2014 11:06 (UTC +04:00)

APA-nın məlumatına görə, E.Alanı Türkiyə daxili işlər naziri təyin olunması münasibətilə təbrik edən dövlət başçısı ölkələrimizin daxili işlər nazirlikləri arasında mövcud sıx əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Ölkələrimizin dövlət və hökumət başçılarının, nazirlərin ilk xarici səfərinin qardaş ölkələrə etməsinin artıq bir ənənə halı aldığını vurğulayan Azərbaycan prezidenti E.Alanın Türkiyə daxili işlər naziri kimi Azərbaycana ilk səfərinin önəmini qeyd edib və səfərin əməkdaşlığımızın inkişafı ilə bağlı səmərəli müzakirələr aparılması üçün yaxşı fürsət yaratdığını deyib.

E.Ala isə nazir kimi ilk xarici səfərini Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırıb. Türkiyənin daxili işlər naziri Soma kömür mədənində kütləvi insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar Azərbaycan xalqının, şəxsən prezident İlham Əliyevin Türkiyə xalqının dərdinə şərik çıxmasına görə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR