Sloveniyada Mehdi Hüseynzadənin xatirəsinə həsr edilmiş mərasim keçirilib - FOTO

Sloveniyada Mehdi Hüseynzadənin xatirəsinə həsr edilmiş mərasim keçirilib - <span style="color: red;">FOTO
# 06 noyabr 2013 12:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Sloveniyadakı diplomatik nümayəndəliyi tərəfindən 1 noyabr tarixində Nova Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin və orada dəfn olunmuş digər azərbaycanlı zabit və əsgərlərin əziz xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasimdə Sloveniyanın hökumət nümayəndələri, millət vəkilləri, Nova Qoritsa şəhərinin meri və Sloveniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və hərbi attaşelər iştirak ediblər.

Azərbaycan Respublikasının Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev mərasim iştirakçılarına Mehdi Hüseynzadənin həyat yolu və faşizmə qarşı mübarizədə canından keçmiş Azərbaycanın oğul və qızları haqqında məlumat verib. Mərasim çərçivəsində azərbaycanlı zabit və əsgərlərin məzarları üzərinə əklillər qoyulub və onların xatirəsi anılıb.

Azərbaycan Respublikasının Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyi və Sloveniya Müdafiə Nazirliyi 20 dekabr tarixində İkinci Dünya Müharibəsi zamanı Sloveniya torpaqlarının azadlığı uğrunda faşizmə qarşı döyüşən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyinin keçirilməsinə dair birgə qərara gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR