Arvadına dəhşətli işgəncələr verməkdə ittiham olunan Astara rayon sakini həbs edilib - VİDEO

Arvadına dəhşətli işgəncələr verməkdə ittiham olunan Astara rayon sakini həbs edilib  - <span style="color: red;">VİDEO
# 07 oktyabr 2013 08:21 (UTC +04:00)

Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, Ç. Mehdiyev prokurorluğun sanksiyasına əsasən həbs olunaraq istintaq orqanlarına təhvil verilib. Astara Rayon Prokurorluğundan isə məsələ ilə bağlı hər hansı açıqlanma verilməyib.

Qeyd edək ki, Çingiz Mehdiyev 9 il öncə ailə həyatı qurduğu 28 yaşlı həyat yoldaşı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, onun əl-qolunu bağlayaraq işgəncələr verməkdə, müxtəlif bədən xəsarətləri yetirməkdə təqsirləndirilir. N. Xəlilova hazırda Astara Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR