Bakı - APA-Economics. “”Unibank” müştərilər üçün sərfəli alış-veriş imkanı verən “Arzularınızı Türkiyədə “Albali Plus”la reallaşdırın” adlı kampaniyaya başlayıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, iyun ayının 16-dan avqustun 31-dək kart sahibləri Türkiyədə 100 manat və daha yuxarı nağdsız alış-verişlər edib, dəyərini 3 ay müddətinə ödəyə biləcək.
Kart sahibləri bəzi turizm şirkətlərinin xətti ilə Türkiyəyə səyahət edərlərsə, bu şirkətlərdən xüsusi endirimlər və hədiyyələrlə yanaşı, bankdan əlavə 3 ay faizsiz taksit də qazanacaq.