ABŞ və İran prezidentləri arasında telefon danışığı olub

ABŞ və İran prezidentləri arasında telefon danışığı olub
# 27 sentyabr 2013 23:43 (UTC +04:00)

Bakı-APA. Barak Obama və Həsən Ruhani telefonla Tehranın nüvə proqramını müzakirə edib. APA-nın BBC-yə istinadən etdiyi verdiyi məlumata görə, bu, ABŞ və İran prezidentləri arasında 1979-cu ildən bəri ilk danışıqlardır.

Obamanın sözlərinə görə, o, iranlı həmkarını anlaşmanın əldə edilməsi prosesində ciddi maneələrin ortaya çıxa biləcəyini və danışıqların uğurla yekunlaşmayacağı barədə xəbərdar edib.

Eyni zamanda ABŞ prezidenti tərəflərin problemin kompleks həllini tapa biləcəyinə ümid etdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR