Moskvada MAKS-2013 beynəlxalq aviasiya və kosmik texnologiyalar sərgisi və aviaşousu keçirilir - FOTO

Moskvada MAKS-2013 beynəlxalq aviasiya və kosmik texnologiyalar sərgisi və aviaşousu keçirilir - <span style="color: red;">FOTO
# 28 avqust 2013 14:38 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Rusiyanın paytaxtı Moskva şəhərində MAKS-2013 beynəlxalq aviasiya və kosmik texnologiyalar sərgisi və aviaşousu keçirilir.

APA-nın məlumatına görə, 40-dan artıq ölkədən aviasiya texnologiyaları və silah sistemləri üzrə ixtisaslaşmış şirkətlərin qatıldığı sərgidə Rusiya şirkətləri özlərinin son məhsullarını ziyarətçilərə təqdim edir.

Sərgidə ilk dəfə nümayiş olunan texnologiyalar arasında Rusiyada istehsal edilmiş müasir radarlar, S-350E zenit-raket kompleksi, Mi-28UB təlim-döyüş helikopteri, yeni mühərriklər, simulyatorlar, kabin sistemləri, pilotsuz uçuş aparatları yer alır.

Sərgi və aviaşouda Azərbaycanın hərbi qurumlarından və mülki aviasiya təşkilatlarından nümayəndə heyətləri ziyarətçi qismində iştirak edirlər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR