Azərbaycanda epizootiya əleyhinə tədbirlər planı tərtib edilir

Azərbaycanda epizootiya əleyhinə tədbirlər planı tərtib edilir
# 24 oktyabr 2013 13:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Oktyabrın 17-23-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində “Epizootik tədbirlərin nəzarəti rəqəmlərinin müəyyənləşdirilməsi üçün komissiya” 2013-cü ilin 9 aylıq tədbirlər planının rayon (şəhər) baytarlıq idarələri tərəfindən yerinə yetirilməsi və 2014-cü il üçün yerlərdə aparılacaq epizootik tədbirlərin nəzarəti rəqəmlərinin müəyyənləşdirilməsini həyata keçirilib.

DBX-nin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin APA-ya verdiyi xəbərə görə, komissiyada adıçəkilən məsələlərə baxıldıqdan sonra onun nəticələri Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanın rəhbərliyi altında keçirilən toplantıda müzakirə olunub.

Heyvanların sağlamlığı keşiyində ayıq-sayıq dayanan bir dövlət qurumu kimi baytarlıq idarələrinin daha məsuliyyətlə işləmələri, profilaktiki tədbirlərin təlimata uyğun aparmaları, yerlərdə bioloji preparatların tələb olunan şəraitdə saxlanılmasına xüsusi diqqət yetirmələri tövsiyə olunub, eləcə də ölkədə dabaq, qarayara, quduzluq və digər bu kimi iti yoluxucu xəstəliklərə qarşı mübarizənin aparılmasına diqqətin göstərilməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR